22 Haziran 2013 Cumartesi

Mənim kimi Sənsizlikd ən  yaman  üşüyür  bu  şəhər ....


Demə ki, yoxdur günahı, günahı çoxdur bu şəhərin.
Günahsız göründüyü  üçün günahkardır bu şəhər.
Maska taxıb bu şəhər, maskasını gecələr belə çıxartmır, artıq öz üzünü  unudub bu şəhər.
Bu şəhərin ən maraqlı süveniriyik biz. Hər yerdə görülmək istənilən ancaq heç vaxt dərk edilməyəcək olanından. Bu şəhərin ən sevimli oyuncağıyıq biz, bizimlə oynarkən o qəhqəhələrlə  güldükcə  min dəfə ölənindən
...
Alışdım doğrudur,fəqət sevmirəm. Sənin qoxun hopub bu şəhərin ruhuna, sənləşib bu şəhər, bilirsən sənin kimi sirrlidir, maskalıdır bu şəhər. Sənin kimi qoxur, ağlımı ovlayır bu şəhər.
            Tanrının göz yaşları belə silə bilmir bu şəhərdən səni, məni  və  bizdən bizi oğurlayan onu ...
Bizim barmaq izlərimizi daşıyır, bizsiz də yaşıyır bu şəhər ..
Amma son vaxtlar bezdirib hamını mənim kimi...  yaman aqresifləşib bu şəhər.

Büründükcə bahalı  qiyafələrə sənin kimi  əslini unudub bu şəhər. Bəlkə də o da darıxıb sənsiz, mənim kimi sənsizlikdən üşüyür bu şəhər ....
BlogOkulu Gadgets